Macarıstan parlamentində İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə baş tutmayıb

A- A A+

Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə baş tutmayıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə parlament sədrinin müavini Şandor Lejak məlumat verib.

Onun sözlərinə görə, Macarıstan parlamentinin növbədənkənar iclasında kvorum təmin olmayıb.

Parlamentdə mandatların əksəriyyətinə malik olan, hakim partiyanın “FİDES – Macarıstan Vətəndaş Birliyi” fraksiyası yalnız müxalifət partiyalarının nümayəndələrinin iştirak etdiyi iclasda iştirakdan imtina edib. Parlamentin iclasında 199 deputatdan cəmi 51-i iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: