50 milyard avro dəyərində “Ukraine Facility” proqramının ilk tranşı mart ayında Ukraynaya göndəriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Avropa sözünün üzərində dayanır. Biz ödənişlərə mart ayında başlamağı planlaşdırırıq”, - o qeyd edib.
Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı (Aİ) cəsur tərəfdaşına və gələcək üzvünə bundan sonra da lazımi maliyyə dəstəyi verəcək.
Qeyd edək ki, fevralın əvvəlində Aİ-nin sammitində Ukraynaya büdcə yardımının uzunmüddətli proqramı təsdiq edilib.