Çinin texnologiya nəhəngi “Huawei” bu il 200 milyondan çox mobil telefon cihazı satıb.
NUHÇIXAN şirkətin məlumatına istinadla xəbər verir ki, bu, “Huawei”in tarixində rekord göstəricidir. Çin şirkəti ilin ikinci və üçüncü rüblərində mobil telefon satışının sayına görə “Apple” firmasını ötərək, dünyada ikinciliyə yüksələ bilib.
“Huawei” son illər mobil telefon bazarında çox sürətlə özünə yer edə bilib. Belə ki, şirkət 2010-cu ildə cəmi 3 milyon smartfon sata bilmişdi.
Qeyd edək ki, baş ofisi Çinin Şencen şəhərində yerləşən “Huawei” telekommunikasiya avadanlığı üzrə öncül şirkətlərdən biri olmaqla yanaşı, hazırda dünyanın əsas smartfon brendlərindən birinə çevrilib.