ABŞ USAI proqramı çərçivəsində bazardan aldığı hərbi texnikanı Ukraynaya tədarük etməyə davam edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Pentaqonun sözçüsünün müavini Sabrina Sinq bildirib.
Onun sözlərinə görə, USAI daxilində bəzi müqavilələr uzunmüddətlidir.
“Özümdə tam siyahı yoxdur, amma bəzi müqavilələr illərdir davam edir. Beləliklə, bəli, Ukraynaya bəzi tədarüklər davam edəcək”, - deyə o bildirib.