Gürcüstanda qar uçqunu səbəbindən qatar reysləri ləğv olunub

A- A A+

Gürcüstan Dəmir Yolları (GDY) ölkənin şərq və qərbi arasında fevralın 7-nə planlaşdırılan səkkiz reysi ləğv edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə GDY-dan məlumat verilib. Bildirilir ki, qatar reyslərinin ləğvinə əlverişsiz hava şəraiti səbəb olub.

Fevralın 6-da qar uçqunu səbəbindən Tbilisi ilə Batumi arasında dəmir yolu hərəkəti dayandırılıb.

Şirkətin qərarı ilə fevralın 7-nə planlaşdırılan Tbilisi-Batumi, Tbilisi-Zuqdidi, Tbilisi-Kutaisi-Ozurqeti, Batumi-Tbilisi, Ozurgeti-Kutaisi-Tbilisi, Poti-Tbilisi, Xaşuri-Zestafoni və Zestafoni reysləri ləğv olunub.

Bu reyslərlə səyahət etməyi planlaşdıran hər kəs bilet pulunu geri alacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: