Pakistanda parlament seçkiləri keçirilir.
NUHÇIXAN xəbər verir ki, seçkilərin nəticələrinə əsasən parlamentdə çoxluq təşkil edən qüvvələr ölkənin yeni hökumətini formalaşdıracaq.
Milli Assambleyanın 336 deputat mandatı üçün 44 siyasi partiya mübarizə aparır. Həmin yerlərdən 60-ı qadınlar üçün, 10-u isə dini azlıqların nümayəndələri üçün ayrılıb.
Pakistan Seçki Komissiyasından bildirilib ki, ölkə ərazisində 128 milyona yaxın seçici səsvermə hüququndan istifadə edə biləcək.
Səsvermə prosesi yerli vaxtla 17:00-da başa çatacaq, ilkin nəticələr 19:00 radələrində məlum olacaq.
Seçkilərin gedişi prosesinə Pakistandan və başqa ölkələrdən olan on minlərlə müşahidəçi, çoxsaylı media nümayəndələri nəzarət edəcəklər.