Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 147 nəfər saxlanılıb

A- A A+

Türkiyədə İŞİD terror təşkilatına qarşı “Qəhrəmanlar-49” əməliyyatı keçirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata əsasən, ölkənin 33 vilayətində eyni vaxtda başladılan əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 147 nəfər saxlanılıb.

Nazir terrorizmə qarşı mübarizəni fasiləsiz və qətiyyətlə davam etdirəcəklərini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: