Nümayəndələr Palatasının spikeri: Bayden prezidentlik üçün yararsızdır

A- A A+

ABŞ-nin Nümayəndələr Palatasının spikeri Mayk Conson Cozef Baydenin prezident postu üçün uyğun gəlmədiyini hesab edir.

NUHÇIXAN xəbər verir ki, Mayk Conson bu fikrini Amerika liderinin Ağ evdə jurnalistlər qarşısında çıxışından sonra sosial media hesabında yazıb.

“Prezidentin bu axşam keçirdiyi mətbuat konfransı xüsusi müşavirin hesabatında vurğulanan məsələni bir daha təsdiqləyir: Cozef Bayden prezident olmaq üçün yararsızdır”, - deyə Mayk Conson bildirib.

Xatırladaq ki, bir müddət öncə xüsusi prokuror Robert Hur məxfi materiallarla bağlı 388 səhifəlik hesabatında Cozef Baydenin sənədləri bilərəkdən saxladığı qənaətinə gəlib, lakin ona qarşı heç bir ittiham irəli sürülməməsini tövsiyə edib. O, öz hesabatında Baydeni “yaxşı niyyətli, yaddaşı zəif olan yaşlı insan” adlandırıb.

ABŞ lideri isə Ağ evdəki çıxışı zamanı buna etiraz edərək yaddaşının yaxşı olduğunu vurğulayıb. Jurnalistlərin suallarını cavablandıran Cozef Bayden Demokratlar partiyasında heç kimin dövlət başçısı vəzifəsini ondan daha yaxşı icra etməyəcəyinə əmin olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: