NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasının dəqiq tarixi və gündəliyi açıqlanıb.
NUHÇIXAN Alyansın saytına istinadən xəbər verir ki, toplantı iki gün - fevralın 14-15-də keçiriləcək.
İclasın açılış mərasimində ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin çıxış edəcək.
Toplantının ilk günündə Ukrayna Müdafiə Əlaqə Qrupunun iclası təşkil olunacaq.
Növbəti gün NATO-nun Baş katibi Yens Stoltenberq bəyanatla çıxış edəcək.
Həmçinin Alyansın və NATO-Ukrayna Şurasının iclası keçiriləcək.
Ardınca Y.Stoltenberq mətbuat konfransında danışacaq, jurnalistlərin suallarını cavablandıracaq.