Rusiyada neft emalı zavodunun ərazisinə hücum olub, güclü yanğın baş verib

A- A A+

Ukrayna Rusiyanın Krasnodar vilayətində iki neft emalı zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

NUHÇIXAN UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, həm İlskı, həm də Afipski rayonlarındakı zavodlar hədəf alınıb.

Hücumların davam etdirildiyi qeyd olunub.

“Zavodların vurulması nəticəsində Rusiya təyyarələr üçün dizel yanacağı istehsal edə bilməyəcək. Belə zavodun qiyməti 50 milyon dollardır. Onlar tamamilə qanuni hədəflərdir. Onlar təkcə müdafiə sənayesi üçün işləyir və rus qoşunlarını yanacaqla təmin etmir, həm də Rusiya iqtisadiyyatı üçün vacibdir”, - məlumatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: