Sergey Şoyqu PUA istehsalını artırmaqla bağlı tapşırıq verib

A- A A+

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu istehsalçılara pilotsuz uçuş aparatlarının (PUA) istehsalını artırmağı tapşırıb.
NUHÇIXAN xəbər verir ki, o, bu barədə İjevskdə müdafiə sənayesi müəssisələrində yoxlamalar zamanı deyib.
S.Şoyqu PUA-ların istehsal sürətinin artırılması ilə bağlı konkret tapşırıqlar verib. Nazir qeyd edib ki, istehsal müəssisələrinin avtomatlaşdırılmasını artırmaqla PUA-ların keyfiyyətini, kəmiyyətini və istehsal sürətini artırmaq lazımdır. "Bu gün yaradılan imkanlar bizə əksər problemləri həll etməyə imkan verir. Mən dronlara qarşı mübarizəni, taktiki səviyyədə elektron müharibəni və süni intellektdən istifadəni nəzərdə tuturam”, - S.Şoyqu söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: