İsrail ordusu HƏMAS-ın girov götürdüyü iki nəfəri xilas edib

A- A A+

HƏMAS-ın 6 oktyabr hücumları zamanı girov götürdüyü iki nəfər Qəzzanın cənubundakı Rəfah şəhərində gecə əməliyyatı zamanı xilas edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hərbi qurumun yaydığı açıqlamada xilas edilən girovların 60 yaşlı Fernando Simon Marman və 70 yaşlı Lui Har olduğu bildirilir. Onlar radikalların hücumuna uğramış Nir-İtsxak kibutsundan olublar.

Qeyd olunub ki, cütlük İsrailin mərkəzindəki Şeba xəstəxanasına aparılıb. Xəstəxanadan verilən açıqlamada ikilinin vəziyyətinin yaxşı olduğunun həkimlər tərəfindən təsdiqləndiyi bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: