Qırğız Respublikasının Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri ölkənin daxili işlərinə qarışmamağa, orada gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.
NUHÇIXAN xəbər verir ki, o bu barədə ABŞ dövlət katibi Entoni Blinkenə cavab məktubunda bildirib.
“Mən həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, – Qırğızıstan lideri qeyd edib.