Kreml Putinin BCM-in orderi əsasında mümkün həbsinə qarşı İrəvandan təminatlar istəyir

A- A A+

Kreml Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında mümkün həbsi ilə bağlı İrəvanın təminatlarına ümid edir.

NUHÇIXAN "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Rusiya Prezidentinin mətbuatı Ermənistanın Baş naziri Nikol Paşinyanın “The Telegraph” qəzetinə müsahibəsində “Putin Ermənistana səfər edəcəyi təqdirdə onun mümkün həbsi ilə bağlı məsələni o həll etmir",- sözlərini şərh edib.

"Əlbəttə, erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir. Bu məsələ ikitərəfli dialoq çərçivəsində həllini tapmalıdır. Biz bunun əzmindəyik”, - deyə Peskov vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: