Yunanıstanın paytaxtı Afinada silahlı şəxs üç nəfəri güllələyib

A- A A+

Afinanın dənizkənarı Qlifada rayonunda “European Navigation” gəmiçilik şirkətinin ofisinə soxulan silahlı şəxs oradakı insanları karabinlə atəşə tutub.

NUHÇIXAN Yunanıstanın “Newsbomb.gr” portalına istinadla xəbər verir ki, cinayətkar üç nəfəri qətlə yetirdikdən sonra intihar edib. “Kathimerini” qəzeti hücum edən şəxsin vaxtilə həmin kompaniyada işləyən misirli olduğunu və bu yaxınlarda işdən çıxarıldığını yazıb.

Hazırda hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub. Ətraf küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: