Rusiya Xarici Kəşfiyyat Xidməti: Qərb Ukraynaya “canişin” təyin etməyə hazırlaşır

A- A A+

Qərb Ukraynaya “canişin” təyin etməyə hazırlaşır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Qərb NATO-nun Baş katibi Yens Stoltenberqi və digər ABŞ və Avropa siyasətçilərini bu vəzifə üçün nəzərdən keçirir.

Məlumata görə, ABŞ və Britaniya cəbhədə vəziyyətin pisləşməsi ilə əlaqədar Kiyev elitasının bir çox nümayəndələrinin xəyanətindən qorxmağa başlayıblar.

Həmçinin qeyd olunub ki, “canişin” təyinatı Vaşinqton və Londonun arzularının reallaşmasına kömək etməyəcək.

Xarici Kəşfiyyat Xidmətinin iddiasına görə, Ukrayna elitasının nümayəndələrinin münaqişədə Rusiya tərəfinə keçməsi halları var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: