Fransa fermerləri bu ölkə hakimiyyətinin onlara dəstək üçün əlavə tədbirlər həyata keçirməyəcəyi təqdirdə etiraz aksiyalarını bərpa etməyə hazırdırlar.
NUHÇIXAN Fransa KİV-lərinə istinadən xəbər verir ki, bunu Fransa Kənd Təsərrüfatı Həmkarlar İttifaqları Milli Federasiyasının (FNSEA) rəhbəri Arno Russo bildirib.
“Biz əlavə tədbirlərin həyata keçirilməsini istəyirik. On gün ərzində bu istiqamətdə dəyişikliklər görməsək, tətilləri bərpa etməyə hazırıq”, - o vurğulayıb.
Onun sözlərinə görə, hökumət aqrar sahədə dəyişiklikləri elan edəndən sonra onların həyata keçirilməsi üçün az iş görülüb və bu da fermerlərin narazılığına səbəb olur.
Xatırladaq ki, son zamanlarda Fransada fermerlərin etirazları geniş vüsət alıb. Bu dövr ərzində etirazçılar əsas magistral yolları bağlayıblar.