Putin ordu haqda saxta məlumat yayanların əmlakının müsadirə edilməsinə dair qanunu imzalayıb

A- A A+

Rusiya Federasiyası Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələri haqda saxta məlumat yayanların əmlakının müsadirə edilməsinə dair qanunu imzalayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, qanun layihəsi bu ayın 8-də imzalanması üçün Vladimir Putinə təqdim edilib.

Qanuna əsasən, bu cəza Rusiya ordusu haqda və dövlət orqanlarının səlahiyyətlərini həyata keçirməsi ilə bağlı bilərəkdən yalan məlumatların ictimaiyyətə yayılmasına, bununla yanaşı, dövlət təhlükəsizliyinə qarşı yönələn fəaliyyətə ictimai çağırışlara görə təyin edilə bilər.

Xatırladaq ki, Dövlət Duması həmin qanunu bu ilin 31 yanvar tarixində qəbul edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: