Panama-Kolumbiya sərhədi yaxınlığında qayığın batması nəticəsində azı 4 nəfər ölüb, 8 nəfər itkin düşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Estrella de Panama” qəzeti məlumat yayıb.
Bildirilib ki, fevralın 14-də bir qrup miqrant Karib dənizində qayıqla Kolumbiyadan Panamaya keçməyə cəhd edib. Sağ qalanların sözlərinə görə, gəmi pis hava şəraiti səbəbindən batıb. Milli Sərhəd Mühafizəsi 14 nəfəri xilas edə bilib. Axtarış-xilasetmə işləri davam edir.
Sərhəd Xidmətinin məlumatına görə, ərazi cinayət təşkilatları tərəfindən qaçaqmalçılıq məqsədilə istifadə olunur. Hava cərəyanları və küləklərin yaratdığı güclü dalğalar səbəbindən bu marşrutda hərəkət etmək çətindir.