Peskov: Navalnının ölümü ilə bağlı Putinə məlumat verilib, onun ölüm səbəblərini həkimlər müəyyən etməlidirlər
Həkimlər Aleksey Navalnının ölümünün səbəblərini öyrənməlidirlər.
NUHÇIXAN Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Navalnının ölümü ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib.
O, həmçinin qeyd edib ki, Federal Penitensiar Xidmət bütün yoxlamaları həyata keçirir: “Burada xüsusi göstərişlərə ehtiyac yoxdur”.
Qeyd edək ki, İctimai Nəzarət Komissiyası Navalnının səhhətinə dair heç bir şikayətin olmadığını bəyan edib.
"Rossia Today"ın mənbəyinin məlumatına görə, Navalnıda qan laxtalanıb.
Siyasətçinin vəkili Leonid Solovyov müvəkkilinin ölümü ilə bağlı xəbəri şərh etməkdən imtina edib.
"Aleksey Navalnının ailəsinin qərarı ilə mən heç nəyi şərh etmirəm. İndi biz buna baxırıq. Çərşənbə günü Alekseyin vəkili onun yanında idi. O zaman hər şey yaxşı idi", - vəkil bildirib.