Bayden: ABŞ Konqresin əlavə maliyyə dəstəyi olmadan Kiyevi silahla təmin edə bilməyəcək

A- A A+

ABŞ Konqresi müvafiq qanun layihəsini təsdiqləmədən Amerika administrasiyası Ukraynaya silah tədarükünü davam etdirə bilməyəcək.

NUHÇIXAN xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

ABŞ Prezidenti Nümayəndələr Palatasının Ukraynanı dəstəkləyəcək qanun layihəsinə səs vermədən iki həftəlik fasilə vermək qərarına qəzəbləndiyini bildirib. "Bu, nəinki çaxnaşma, həm də Birləşmiş Ştatların etibarlı tərəfdaş olduğuna dair real şübhələri gücləndirir", - deyə Bayden əlavə edib.

Qeyd edək ki, çərşənbə axşamı Senat bir sıra respublikaçıların dəstəyi ilə Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım nəzərdə tutan qanun layihəsinin alternativ variantını qəbul edib. Bununla belə, qanun layihəsində cənub sərhədində nəzarətin gücləndirilməsi ilə bağlı müddəalar yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: