İsrail HƏMAS üzərində tam qələbəyə nail olmaq əzmində olduğunu bəyan edib

A- A A+

İsrail radikal HƏMAS hərəkatı üzərində tam qələbəyə nail olmaq əzmindədir ki, bu da Qəzza zolağında saxlanılan girovların azad edilməsi deməkdir.

NUHÇIXAN xəbər verir ki, bunu İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ABŞ-dəki yəhudi təşkilatlarının rəhbərliyi qarşısında çıxışı zamanı deyib.

“Biz HƏMAS üzərində tam qələbəyə nail olmaq əzmindəyik, bu da girovların azad edilməsi deməkdir. Bizim düsturumuz sadədir - güclü hərbi təzyiq və sərt danışıqlar mövqeyi”, - Netanyahu bildirib.

Onun sözlərinə görə, İsrail hərbçiləri Qəzza zolağında HƏMAS batalyonlarının dörddə üçünü məhv edib:

“Ümid edirəm ki, tezliklə girovların azad edilməsi ilə bağlı razılığa gələ bilərik. Bunun üçün xüsusilə Qətərə təzyiq etmək lazımdır”.

Baş nazir qeyd edib ki, İsrail Fələstin dövlətini onun üzərinə sırımağa çalışan beynəlxalq diktatura ilə razılaşmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: