Husilər Yəmən sahillərində Britaniya gəmisinə hücum ediblər

A- A A+

Yəməndəki qiyamçı “Ənsar Allah” hərəkatının silahlıları – husilər Ədən körfəzində Böyük Britaniyanın “Rubymar” gəmisinə raket zərbəsi endirib.

NUHÇIXAN xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bu barədə özünün sosial media hesabında yazıb.

“Yəmən Silahlı Qüvvələrinin hərbi dəniz donanması Ədən körfəzində Böyük Britaniyaya məxsus gəmiyə bir neçə raketlə hücum edib. Raket zərbəsi nəticəsində ciddi zədələnən gəmi batmaq təhlükəsi ilə üzləşib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Qəzza sektorunda döyüşlər başlayanda husilər İsrail dövləti ilə əlaqəsi olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini elan ediblər. Ötən il noyabrın ortalarından bəri onlar Qırmızı dəniz və Ədən körfəzində onlarla gəmini atəşə tutublar. ABŞ ordusu isə buna cavab olaraq beynəlxalq koalisiya ilə birgə Yəmənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Sənada husilərin hədəflərinə raket zərbələri endirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: