Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri komissiyasının sədri Qevorq Papoyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə yollanacaq.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Ermənistan parlamentinin nümayəndə heyəti fevralın 22-dən 24-dək Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) iclasında iştirak edəcək.