Özbəkistanda fabrikdə tikilən talvar uçub, 3 fəhlə ölüb, 29-u yaralanıb

A- A A+

Özbəkistanın Daşkənd vilayətinin Alamlık şəhərində Mis zənginləşdirmə fabrikində tikilən talvarın uçması nəticəsində Hindistandan olan 3 fəhlə ölüb, 29 nəfər isə yaralanıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti bildirib.

Məlumata görə, hadisə ilə əlaqədar “Əmək mühafizəsinin qorunması qaydalarının pozulması” maddəsi üzrə cinayət işi başlayıb.

Vurğulanıb ki, 29 fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: