ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı Qətər, Misir və İsrail nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün fevralın 23-də Parisə gedəcək.
NUHÇIXAN-ın xəbərinə görə, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, Bayden administrasiyası bu il martın 11-də başlayacaq Ramazan ayına qədər Həmas girovlarının azad edilməsi ilə bağlı razılıq əldə etməyi gözləyir. ABŞ Ramazan ayında Qəzza zolağında döyüşlərdə fasilə əldə etməyə ümid edir.