Yerusəlimdə atışma olub, 4 nəfər ölüb, 11 nəfər yaralanıb

A- A A+

Yerusəlim şəhərində atışma nəticəsində biri dinc sakin olmaqla 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Təcili Tibbi Yardım Xidmətindən bildirilib.

Məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, üçü ortadır. Yaralılar yerli hospitala yerləşdiriliblər.

Bir müddət əvvəl polisin mətbuat xidməti bildirmişdi ki, “A-Zaim” nəzarət buraxılış məntəqəsinə hücum olub. Avtomobillə əraziyə gələn silahlı üç nəfər Yerusəlim yolunda tıxacda gözləyən insanlara atəş açıblar. Oradakı təhlükəsizlik qüvvələrinin əməkdaşları silahlıları zərərsizləşdiriblər. Hadisə yerində daha bir silahlı aşkarlanıb. O, ərazidən qaçıb uzaqlaşmaq istəyərkən neytrallaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: