Paşinyan: Rusiya Ermənistan əhalisini hakimiyyəti devirməyə çağırıb

A- A A+

Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib.

“Biz ərazimizdəki qanunsuz fəaliyyətlə barışmayacağıq”, – siyasətçi vurğulayıb və əlavə edib ki, İrəvanın tələbləri yerinə yetirilməsə, Ermənistan bunu cavabsız qoymayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: