Parisdə beynəlxalq sərgi ərəfəsində fermerlər etiraz aksiyası keçirir

A- A A+

Fransada beynəlxalq kənd təsərrüfatı sərgisinin (“Salon of Agriculture”) açılışı ərəfəsində fermerlər 50-yə yaxın traktorla hökumətin siyasətinə etiraz etmək üçün Paris küçələrinə çıxıblar.

NUHÇIXAN  xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, fermerlər traktorların üzərinə “Makron xaos toxumu səpir!”, “Otlaqlarda ölüm” və s. kimi şüar yazılmış plakatlar vurublar.

Fermer həmkarlar ittifaqları böyük ticarət sərgisi ərəfəsində hakimiyyətə təzyiq göstərmək üçün Fransa paytaxtında bir sıra aksiyalar təşkil etmək niyyətində olduqlarını bəyan ediblər.

Qeyd edilib ki, bu həftə keçirilən sorğuda fransızların 91%-i fermerlərin təşkil etdiyi etirazları dəstəklədiklərini bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: