Portuqaliya fermerlərə dəstək üçün 204 milyon avro ayırıb

A- A A+

Portuqaliyanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi aqro-ekoloji tədbirlərin görülməsi üçün fermerlərə stimul olaraq 204,1 milyon avro (221,2 milyon dollar) ödənildiyini açıqlayıb.

NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, rəsmi açıqlamaya görə, bu məbləğə torpağın mühafizəsi və sudan səmərəli istifadə kimi layihələrə subsidiyalar daxildir.

Dəstək tədbirləri Avropanın müxtəlif ölkələrində Brüsselin kənd təsərrüfatı siyasətinə qarşı etirazlarının gücləndiyi bir vaxtda elan olunub. Etirazlara qoşulan portuqaliyalı fermerlər ədalətli rəqabət və normal iş şəraiti tələb edərək yolları bağlayıblar. Onlar hökumətin uzun müddətdir ki, şikayətlərinə məhəl qoymadığını iddia edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: