İsrail girovlarla bağlı Qətərə nümayəndə heyəti göndərmək qərarına gəlib

A- A A+

İsrailin hərbi kabineti Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirmək üçün yaxın günlərdə nümayəndə heyətini Qətərə göndərmək qərarına gəlib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.

Qeyd olunub ki, qərar nazirlərin müzakirəçilərin hesabatlarını dinlədikdən, fevralın 23 və 24-də Parisdə ABŞ, Qətər və Misir nümayəndələrinin Fələstin anklavında hakim olan radikal HƏMAS hərəkatı ilə razılaşmanın əldə olunması üçün keçirilən məsləhətləşmələrin nəticələrini müzakirə etdikdən sonra qəbul edilib.

Bundan əvvəl İsrail tərəfi girovların azad edilməsində irəliləyişin olduğunu açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: