Yaponiyanın Baş naziri Fumio Kişida Yaponiyanın mərkəzi hissəsində zəlzələdən zərər çəkmiş Noto bölgəsində yenidənqurma işlərinin sürətləndirilməsi üçün təxminən 100 milyard yen (təxminən 665 milyon ABŞ dolları) məbləğində əlavə vəsaitin ayrılması planını açıqlayıb.
NUHÇIXAN Sinxua Agentliyinə istinadla xəbər verir ki, bunu Noto bölgəsinə səfəri zamanı Fumio Kişida bildirib.
Hökumət subsidiya proqramının genişləndirilməsinin maliyyələşdirilməsi üçün əlavə xərcləri gələn həftənin əvvəlində bu maliyyə ilinin ehtiyat fonduna əsaslanaraq qərar verəcək.