BMT 2025-ci ildə Dünya Sosial Sammiti keçirmək niyyətindədir

A- A A+

BMT Baş Assambleyası 2025-ci ildə Dünya Sosial Sammitinin çağırılması barədə qətnamə qəbul edib.

NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, qətnamə bu sahədəki boşluqları aradan qaldırmaq, Sosial İnkişaf üzrə Kopenhagen Bəyannaməsinə və Fəaliyyət Proqramına əməl etmək və 2030-cu il gündəliyinin həyata keçirilməsinə təkan vermək məqsədi daşıyır.

Konsensusla qəbul edilən siyasi bəyannamədə hazırlıq prosesinin asanlaşdırılması üçün prezidentindən biri inkişaf etməkdə olan ölkədən, digəri isə inkişaf etmiş ölkədən olmaqla, iki köməkçinin təyin olunmasını tövsiyə edir.

Qətnamədə, həmçinin BMT Baş katibindən sammitin hökumətlərarası hazırlıq prosesinə mövcud resurslar çərçivəsində adekvat dəstək verməsi xahiş olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: