Danimarkadakı Odense Muzeyinin arxeoloqları üzərində runik yazı həkk olunan və əhəmiyyətli tarixi artefakt sayılan iki min illik bıçaq tapıblar.
NUHÇIXAN “Artnet” saytına istinadla xəbər verir ki, bıçaq Odense şəhərinin şərqində qədim məzarlıqdakı qəbirlərdən birinin içərisində aşkarlanıb.
Bıçağın üzərinə qədim Nors dilində “kiçik qılınc” mənasını verən "hirila" sözü yazılıb.