Nikki Heyli ABŞ prezidenti postu uğrunda yarışdan çəkilməyəcək

A- A A+

Birləşmiş Ştatların BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli seçki yarışından çıxmayacağını və Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizəni davam etdirəcəyini bildirib.

NUHÇIXAN xəbər verir ki, Nikki Heyli bunu Miçiqan ştatında praymerizin ilkin nəticələri elan olunduqdan sonra CNN telekanalına müsahibəsində deyib. O, həmçinin martın 5-də ABŞ-nin 16 ştatında və Amerika Samoasında ilkin seçkilərin keçiriləcəyi “Super çərşənbə axşamını” səbirsizliklə gözlədiyini bildirib.

Telekanalın məlumatına görə, bülletenlərin 50 faizi hesablandıqdan sonra ABŞ-nin sabiq prezidenti Donald Tramp Respublikaçıların Miçiqan ştatında keçirilən praymerizində 67 faizdən çox səs toplayıb. Nikki Heyli isə yalnız 28,1 faiz seçici səsi qazana bilib.

Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Seçki yarışında əsas mübarizə indiki prezident Cozef Bayden və sabiq dövlət başçısı Donald Tramp arasında gedir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: