Pakistanda avtobus qəzasında 10 nəfər ölüb, 15 nəfər yaralanıb

A- A A+

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Haripur rayonunda avtobusun dərəyə aşması nəticəsində azı 10 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

NUHÇIXAN “The international news” saytına istinadla xəbər verir ki, xilasetmə xidmətinin məlumatına görə, qəzaya sürücünün sürət həddini aşması səbəb olub.

Həkimlər yaralılardan üçünün vəziyyətini ağır qiymətləndirir. Ölənlərin sayının artacağı istisna edilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: