Yaxın günlərdə Qəzzada atəşkəs əldə oluna bilər.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi deyib.
“Ümid edirəm ki, Qəzza zolağında tezliklə atəşkəslə bağlı razılıq əldə ediləcək”, - dövlət başçısı bildirib.
Qeyd edək ki, Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.