Ermənistanda ehtiyatda olan hərbçilər təlim toplanışına çağırılacaq

A- A A+

Ermənistan hökuməti aprelin 1-dən iyunun 28-dək ehtiyatda olan hərbçilər üçün təlim toplanışları elan edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan hökuməti bu gün keçirilən iclasında qərar qəbul edib.

Qərara əsasən, təlimdə ehtiyatda olan ordunun birinci qrupunun birinci və ikinci kateqoriyaları üzrə sıravi hərbi qulluqçular, gizirlər və ehtiyatda olan zabitlər iştirak edəcəklər.

Təlim-məşq toplanışında neçə hərbçinin iştirak edəcəyi göstərilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: