Odessada yaşayış binasına dron hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

A- A A+

Martın 2-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Odessa şəhərinə kamikadze dronu hücumu zamanı yaşayış binasının vurulması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Odessa vilayət Hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

O, özünün teleqram səhifəsində yazıb: “Qadın cəsədinin yanında daha bir ölü körpənin meyiti tapıldı. Uşağın bir yaşı da yoxdur”.

Kiper vurğulayıb ki, xilasedicilər axtarış işlərini davam etdirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: