Malayziya yeni məlumatların əldə ediləcəyi təqdirdə, MH370 aviareysi ilə bağlı təhqiqatı davam etdirməyə hazırdır.
NUHÇIXAN-ın məlumatına görə, Malayziyanın nəqliyyat naziri Antoni Loke Sieu Phuc departamentin 10 il əvvəl yoxa çıxmış təyyarənin axtarışlarını bərpa etmək niyyətində olduğunu, bu işdə Amerikanın "Ocean Infinity" şirkətinin də iştirakının gözlənildiyini bildirib.
Kuala-Lumpur şəhərindən Pekinə üçün “Malaysia Airlines” təyyarəsinin qəzaya uğramasının 10-cu ildönümü ərəfəsində sərnişinlərin ailə üzvlərinin və nəqliyyat nazirinin iştirakı ilə tədbir təşkil olunub. “Ürək parçalayan faciədə həlak olanların yaxınlarının çəkdiyi onillik kədər və dözümlülük yolu bizim üçün də ağrılı bir xatırlatmadır”, - nazir tədbirdəki çıxışında belə deyib.
Xatırladaq ki, Kuala-Lumpur - Pekin reysini həyata keçirən “Malaysia Airlines” aviaşirkətinə məxsus Boeing 777-200 təyyarəsi 2014-cü il martın 8-də radarlardan itib. Göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvünün olduğu təyyarənin Hind okeanının cənub hissəsində qəzaya uğradığı ehtimal edilir. Avstraliya, Çin və Malayziyanın birgə axtarışları 2017-ci ilin yanvarında heç bir nəticə vermədən dayandırılıb.