Koreya Respublikası və ABŞ silahlı qüvvələri “Freedom Shield” adlı daha geniş təlimlər çərçivəsində 20-yə yaxın qırıcının iştirak etdiyi “Buddy Squadron” hava manevrlərinə başlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikasının Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, tərəflər beş gün davam edəcək manevrlərə F-15K və F-16 qırıcılarını cəlb edəcəklər.