Türk lirəsi ilə ticarətin həcmi son 2 ayda 200 milyardı aşıb

A- A A+

2024-cü ilin ilk iki ayı ərzində Türkiyənin xarici ticarət əməliyyatlarında türk lirəsi ilə hesablaşmaların həcmi ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 39,4 faiz artaraq 207 milyard 738 milyona çatıb.

NUHÇIXAN Türkiyənin Ticarət Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ötən ilin yanvar-fevral aylarında milli valyuta ilə idxal və ixrac əməliyyatlarının həcmi ümumilikdə 149 milyard 21 milyon türk lirəsi olub.

2024-cü ilin yanvarında türk lirəsi ilə ixracın həcmi 30 milyard 969 milyon, idxal isə 81 milyard 161 milyon olub. Fevral ayında Türkiyə məhsullarının xarici ölkələrə tədarükü türk lirəsi ilə 25 milyard 135 milyon, idxal isə 70 milyard 473 milyon təşkil edib.

İlin əvvəlindən bəri 168 ölkəyə məhsulların türk lirəsi ilə ixracı həyata keçirilib. Belə ki, 30 mindən çox Türkiyə şirkəti milli valyuta ilə mal və məhsullar tədarük edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: