Ukrayna ordusu bu gün səhər saatlarında Rusiyanın Voronej bölgəsindəki Baltimor hərbi aerodromuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Qeyd olunub ki, PUA-lar hərbi obyektdən bir neçə kilometr aralıda vurulub.
Voronejdəki Baltimor hərbi aerodromuna da hücum olub.
Bundan əlavə, daha 2 PUA ilə bölgənin Anninski bələdiyyə rayonundakı neft bazasına hücum cəhdi olub.