Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı-MİT) İraqın şimalında yerləşən Süleymaniye bölgəsində yeni əməliyyat keçirib.
NUHÇIXAN Türkiyə KİV-inə istinadən xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərlərindən biri olan Hüsnü Kümek öldürülüb.
O, qruplaşmanın Süleymaniye bölgəsindəki dəstələrinə rəhbərlik edirmiş.
Məlumata görə, terrorçunun kod adı Şevger Azad/Aras olub.