Varşavada fermerler etiraz aksiyası keçirirlər

A- A A+

Polşanın paytaxtı Varşavada fermerler etiraz aksiyası keçirirlər.

NUHÇIXAN xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, onlar hökumət binası yaxınlığında toplaşıblar. Fermerlər Seymə doğru yürüş etmək niyyətindədirlər.

Etirazçılar Avropa İttifaqından kənar ölkələrdən kənd təsərrüfatı məhsullarının idxalına son qoyulmasını tələb edirlər.

Məlumata görə, paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: