ABŞ səfiri Rusiya XİN-ə çağırılıb

A- A A+

ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, diplomat ABŞ-nin 3 QHT-sinin Rusiyada arzuolunmaz təşkilat elan edildiyi barədə məlumatlandırılıb.

Səfirə Rusiyada arzuolunmaz təşkilat kimi elan edilən bu QHT-lərə yardımı dayandırmağı tələb edən nota da təqdim olunub.

L.Treysiyə bildirilib ki, Rusiyanın daxili işlərinə qarışmaq cəhdlərinin qarşısı sərt şəkildə alınacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: