Fransa Olimpiya Oyunları dövründə səhiyyə problemi ilə üzləşə bilər

A- A A+

Fransada yaxın aylarda dövlət və ictimai sektorda fəaliyyət ciddi şəkildə pozula bilər.

NUHÇIXAN “Figaro”ya istinadla xəbər verir ki, Fransanın Ümumi Əmək Konfederasiyası (CGT) gələn həftə tətillə bağlı qərarını elan edəcək. Sosial dialoqla bağlı danışıqlar nəticəsiz başa çatdığı üçün Konfederasiya 3 sahə üzrə (dövlət xidmətləri, yerli xidmətlər, səhiyyə xidməti) tətil keçirməyi planlaşdırır. Qurumdan bildirilib ki, tətil Paris Yay Olimpiadası dövrünü də əhatə edəcək.

Qeyd edək ki, Parisdə Yay Olimpiadası 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: