Rusiyada meşə yanğınları davam edir

A- A A+

Rusiyanın Uzaq Şərqində meşə yanğınlarının sahəsi son sutka ərzində 66,6 min hektara çatıb.

NUHÇIXAN-ın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeni meşə yanğınları Saxalin vilayətində qeydə alınıb.

Yanğınlar əsasən Amur, Xabarovsk, Krasnoyarsk və Zabaykalye diyarında baş verib.

Yanğınlardan ən çox Amur vilayəti zərər çəkməkdə davam edir. Burada meşə yanğınları son sutka ərzində 36,2 min hektar meşə sahəsini məhv edib.

Alovun söndürülməsinə 2600 canlı qüvvə, 550 ədəd texnika və 42 təyyarə cəlb olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: