Fermerlər traktorlarla İspaniya ilə Fransa arasındakı magistral yolu bağlayıblar

A- A A+

Avropanın kənd təsərrüfatı sektorundakı böhrana etiraz olaraq fermerlər iki yüz traktor və kənd təsərrüfatı maşını ilə İspaniya və Fransa sərhədinin hər iki tərəfində magistral yolu bağlayıblar.

NUHÇIXAN xəbər verir ki, bu barədə El Mundo qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, sosial şəbəkələr vasitəsilə birləşən bask və fransız fermerlər Biriatu sərhəd-keçid məntəqəsində AP-8 avtomobil yolunu bağlayıblar. Nəticədə təxminən 20 kilometr uzunluğunda tıxac yaranıb.

Cümə axşamı səhəri onlarla ispan fermer Navarra Muxtar İcmasının paytaxtı Pamplonada parlament binasına soxulmağa cəhd edib. Polis etirazçıları dayandırıb, lakin bir neçə nəfər 2024-cü il büdcə layihəsinin müzakirə olunduğu zala daxil ola bilib.

İspan fermerləri fevralın 6-dan traktorlarla ölkə boyu yolları bağlayırlar. Etirazçılar quraqlıqla mübarizə, iş şəraitinin yaxşılaşdırılması, məhsullarına ədalətli qiymətlərin müəyyən edilməsi, dizel yanacağına vergi güzəştlərinin saxlanması və Avropanın kənd təsərrüfatı siyasətinin dəyişdirilməsi üçün əlavə maliyyə tələb edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: