Asif Əli Zərdari Pakistan prezidenti seçilib

A- A A+

Pakistan Xalq Partiyasının (PXP) həmsədri Asif Əli Zərdari Pakistanın prezidenti seçilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistanın Seçki Komissiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, Zərdari prezident seçkilərində seçicilər kollegiyasının 411 səsini toplayıb. Onun rəqibi Mahmud Xan Açakzai 181 səs toplayıb.

Prezident seçkiləri martın 9-da keçirilib. Pakistan Konstitusiyasına uyğun olaraq, onlar parlament seçkilərindən bir ay sonra və ya hazırkı dövlət başçısının prezidentlik müddətinin bitməsinə bir ay qalmış keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: